Şahbaz Şərif: İran-ABŞ memorandumunda raket proqramından bəhs edilməyib

Tehranın raket proqramının azaldılması məsələsi ABŞ və İran arasında anlaşma memorandumunda qeyd edilməyib və müzakirə olunmayıb.
Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib.
“Tam əminliklə deyə bilərəm ki, ABŞ-İran anlaşma memorandumunda ballistik raketlərdən bəhs edilmir. Bu məsələ heç vaxt müzakirə olunmayıb, heç vaxt gündəmdə olmayıb və İran tərəfi bunu müzakirə etmək istəməyib”, – deyə Şərif İslamabadda İran Prezidenti Məsud Pezeşkianla danışıqlardan sonra bildirib.
Polise.az



