Şahzadə Endryunun çinli casusla əlaqələri ortaya çıxdı
Britaniya şahzadəsi Endryu ilə Çin casusu olduğu iddia edilən iş adamı Yanq Tenqvobun yaxın biznes əlaqələri ortaya çıxıb.
Teleqdaf.com xəbər verir ki, Yanq Tenqbo Şahzadə Endryu ilə müxtəlif rəsmi tədbirlərdə görüşlər keçirib. Böyük Britaniya Daxili İşlər Nazirliyi milli təhlükəsizlik səbəbləri ilə Yanq Tenqbonun ölkəyə girişini qadağan edib.
Şahzadə Endryunun ofisi çinli iş adamı bütün əlaqələrin kəsildiyini bildirib. Bundan əlavə Yanq Tenqbo Böyük Britaniyanın sabiq baş nazirləri Devid Kemeron və Teresa Mey ilə də görüşlər keçirib. Şahzadə Endryu Kraliça II Elizabet və Edinburq hersoqu Şahzadə Filipin üçüncü övladı, həmçinin Kral III Çarlzın kiçik qardaşıdır.
Polise.az