Salyanda 5 kiloqram narkotik vasitə aşkarlandı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin regional qrupunda bildirilib.
Məlumata görə, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.
Polise.az



