Şamaxı, İsmayıllı və Oğuzda Anım günü ilə əlaqədar tədbirlər keçirilib

Şamaxı, İsmayıllı və Oğuz rayonlarında 27 sentyabr Anım günü ilə əlaqədar torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsinə həsr olunan tədbirlər keçirilib.

Tədbirlərdə rayonların rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib. Əvvəlcə rayonlardakı Şəhidlər xiyabanı və xatirə kompleksləri ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Həmçinin, anım günü ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında yeni əkilən tinglər suvarılıb, küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button