Şamaxıda dava ölümlə nəticələnib
Yanvarın 1-də saat 20 radələrində Şamaxı şəhərində 43 yaşlı Zaur Osmanovla qardaşlar – 42 yaşlı Məqatil Alıyev və 53 yaşlı Vüqar Alıyev arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mübahisə zamanı tərəflər bir-birlərinə kəsici alətlə xəsarət yetiriblər. Nəticədə V.Alıyev aldığı xəsarətlərdən ölüb, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupu təsdiqləyib. Faktla bağlı araşdırma aparılır.
Polise.az