Şamaxıda karantin qaydalarını pozan otelin icarədarı 4 min manat cərimələnib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən  toy mərasimlərinin keçirildiyi obyektlərdə aparılan yoxlamalar aparılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az- verilən məlumata görə,  keçirilən yoxlamalar zamanı  rayonun Çuxuryurd kəndi ərazisində yerləşən “Star” oteldə təşkil edilən toy mərasimində məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb. Aşkarlanan pozuntularla bağlı otelin icarədarı Məqsəd Bağırov  inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat cərimələnib.

Hamısını Göstər

Related Articles

Back to top button