Şamaxıda toy edənlər məsuliyyətə cəlb edilib

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən fərdi yaşayış evində toy mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-karantin qaydalarının pozulduğu aşkarlanıb. Polislər tərəfindən mərasimi təşkil edən Saday Şıxəliyev və iştirakçılar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button