Şamil Ayrım: Türkiyə regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəkləyir
Türkiyə regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəkləyir.
Polise.az xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı və dostluğu iki ölkə arasında münasibətlərin yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın inkişafının və əldə etdiyi nailiyyətlərin Türkiyədə böyük qürur hissi doğurduğunu deyən qonaq ölkənin Qafqazın parlayan ulduzu olduğunu vurğulayıb.
Beynəlxalq münasibətlərdə Azərbaycanın artan roluna toxunan Şamil Ayrım bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə qarşı haqsızlığı və ədalətsizliyi qeyd edib.
Polise.az