Samuxda polis “Təmiz hava” aylığı çərçivəsində profilaktik tədbir keçirdi

Samuxda polis “Təmiz hava” aylığı çərçivəsində profilaktik tədbir keçirib.

Moderator.az xəbər verir ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktik tədbirlər davam etdirilir. Tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı yoxlanılıb. Atmosferi həddindən artıq çirkləndirən avtomobillərin sürücüləri ilə profilaktik söhbətlər aparılıb və onların diqqətinə avtomobillərin saz vəziyyətdə saxlanılmasının vacibliyi çatdırılıb.
Qayda pozuntularına yol verən 24 sürücü barəsində protokol tərtib edilib.
Polise.az