Samuxda yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Aprelin 30-d0 Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Yenikənd və Burunqovaq kəndlərində yas mərasimlərinin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gələrək yas mərasimini dayandırıb. Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib.

RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib. Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Hamısını Göstər

Related Articles

Back to top button