Sanitariya-gigiyena qaydalarını pozanlar cərimələniblər
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazilərində reydlər keçiriblər.
Aprelin 6-daEkologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə keçirilən tədbir zamanı Nəsimi rayonu ərazisində yerləşən mebel sexinin həyətində sənaye tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.İnzibati Xətalar Məcəlləsinin271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi)maddəsinin tələblərini pozduğuna görəİmişli rayon sakini B.Cəfərov barəsində protokol tərtib edilərək 500 manat məbləğində cərimələnib.
Aprelin8-də keçirilən reydlər zamanıda Sumqayıt şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazilərində sənaye tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.İnzibati Xətalar Məcəlləsinin271-ci maddəsi (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi)maddəsinin tələblərini pozduqlarına görə görəSumqayıt şəhər sakini A.Məmmədov 500 manat, Gədəbəy rayon sakini T.Kazımov isə 8500 manat məbləğində cərimələniblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.