Şaraa dörd tələbimizi qəbul edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yaranmış yeni vəziyyətlə bağlı aparılan diplomatik təmaslar və Ankaranın mövqeyi barədə danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, “Sky News Arabia”ya müsahibəsində bildirib.

O vurğulayıb ki, Türkiyə və region ölkələrinin Suriyanın yeni hakimiyyətinə münasibəti şəxslərdən asılı deyil, aydın və prinsipial əsaslar üzərində formalaşıb.

Xarici işlər naziri deyib ki, region ölkələrinin ortaq gözləntiləri mövcuddur, dörd əsas prioritet üzrə razılaşma əldə olunub. Bunlar Suriyanın qonşu ölkələr üçün təhdid yaratmaması, terror təşkilatları ilə əməkdaşlıq etməməsi, azlıqlar və dini qruplara qarşı zorakılığa yol verməməsi və ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Hakan Fidan qeyd edib ki, bu prinsiplər Suriya Prezidenti Əhməd Şaraaya çatdırılıb və onlara əməl edildiyi təqdirdə dəstək veriləcəyi mesajı verilib. O əlavə edib ki, Şaara tələbləri məntiqli hesab edərək qəbul edib və indiyədək ondan ancaq məmnunluq var.

Hakan Fidan Türkiyə üçün qaçqın məsələsi və terrorla mübarizənin ən kritik iki mövzu olduğunu vurğulayıb və bildirib ki, bu çərçivə təkcə Türkiyənin deyil, region ölkələri və beynəlxalq aktorların da ortaq tələbidir.

Nazir Avropa və ABŞ-nin də bu prosesə cəlb olunduğunu açıqlayıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button