Şaraa İsrailə xəbərdarlıq etdi

Suriya Prezidenti Əhməd Şaraa İsraili ölkənin cənub bölgələrindəki müdaxilələrə və sabitliyi pozmaq cəhdlərinə görə qınayıb.

Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Al-Ikhbariya” məlumat yayıb.

“İsrailin hərbi əməliyyatları Suriyanın ərazi birliyini məhv etməyə, xaos yaratmağa və Suriya xalqının bərpa və dirçəliş yolunda inkişaf qabiliyyətini zəiflətməyə yönəlib. Suriya artıq xarici sui-qəsdlər və onların ambisiyalarının reallaşması üçün meydan olmayacaq”, – dövlət başçısı vurğulayıb.

Əhməd Şaraanın bəyanatı İsrail ordusunun iyunun 29-da Dəra əyalətinin Abdin, Cəmla və Əl-Muğra kəndlərinə hücum etməsindən sonra verilib. Yerli KİV-in məlumatına görə, yerli sakinlər kəndlərində nəzarət məntəqələri quran İsrail qüvvələrinə müqavimət göstəriblər. Suriya Müdafiə Nazirliyi atəş nəticəsində bir neçə nəfərin yaralandığı və maddi ziyanın olduğu barədə məlumat yayıb.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button