Şarl Mişel: Aİ iqtisadiyyatın militarizasiyası üçün avrobondlar buraxmalıdır

Avropa İttifaqı (Aİ) tarixdə ilk dəfə olaraq iqtisadiyyatının müharibə vəziyyətinə sürətlə keçməsini maliyyələşdirmək üçün müdafiə krediti məqsədli avrobondlar buraxmağa başlamalıdır.

Polise.az  TASS-a istinadən xəbər verir ki, bu fikri Avropa Şurasının rəhbəri Şarl Mişel Aİ-nin martın 21-22-də keçiriləcək və digər məsələlərlə yanaşı, İttifaqın sənayesinin militarizasiyası məsələsinin müzakirə olunacaq sammiti ərəfəsində “Euractiv” portalına yazdığı məqalədə bildirib.

“Müdafiə sənayesinə investisiyalar bahadır, lakin onlarsız biz hərbi istehsalı genişləndirə bilməyəcəyik. Biz hərbi sənaye kompleksinin dövlət və özəl maliyyələşdirməyə çıxışını sadələşdirməliyik. Hərbi avrobondların buraxılışı xammal almaq üçün pul əldə etməyə və ya sənayeyə sərmayə yatırılmasına imkan verəcək ki, bu da innovativ texnoloji bazamızı və sənaye potensialımızı gücləndirmək üçün güclü vasitə ola bilər”, – Ş.Mişel yazıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button