Şarl Mişel Avropa İttifaqı Şurasının rəhbəri vəzifəsini erkən tərk edəcək
Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir, o, iyulun ortalarında vəzifəsini tərk edəcək.
Polise.az-ın xəbərinə görə o, bu barədə şənbə günü bildirib.
“Avropa seçkilərində İslahat Hərəkatı Partiyasından çıxış edəcəyəm. Mən Avropa Parlamentinin üzvü kimi and içmək niyyətindəyəm”, – “Sudinfo” portalı Mişeldən sitat gətirib.
Şarl Mişelin Avropa İttifaqı Şurasının rəhbəri kimi səlahiyyət müddəti 2024-cü ilin noyabrında başa çatır, seçkilər iyulda keçiriləcək. Siyasətçinin qeyd edib ki, “iki vəzifə tutmaq mümkün deyil”. “Bu o deməkdir ki, mən iyulun 16-da Avropa Parlamentinin üzvü kimi and içənə qədər Avropa İttifaqı Şurasının rəhbəri kimi vəzifələrimi yerinə yetirəcəyəm”, – o fikirlərini izah edib. O vaxta qədər Avropa İttifaqı Şurası Şarl Mişelin yerinə kimin keçəcəyinə və onun nə vaxt vəzifəyə başlayacağına qərar verməlidir.
Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək keçiriləcək.
Polise.az