Şarl Mişel Buxarestdə dörd ölkənin liderləri ilə görüşəcək

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Aİ-nin strateji gündəliyi ilə bağlı məsləhətləşmələr aparmaq üçün çərşənbə günü Rumıniyaya səfər edəcək.

Polise.az  xəbər verir ki, Agerpress agentliyi bu barədə rəsmi mənbələrinə istinadla məlumat yayıb. Məsləhətləşmələrdə Rumıniya Prezidenti Klaus İohannis, həmçinin Belçika, Macarıstan və Xorvatiyanın baş nazirləri iştirak edəcəklər.

Agentliyin məlumatına görə, Şarl Mişel hazırda eyni mövzuda məsləhətləşmələr aparmaq üçün Vilnüsdə səfərdədir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button