“Seçkilərə hər zaman hazıram” – Zelenski Trampa cavab verib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın ölkədə seçkilər keçirilməsi çağırışını şərh edib.

“Report” xəbər verir ki, bu barədə o, İtaliyanın “La Repubblica” qəzetinə danışıb.

“Mən hər zaman seçkilərə hazıram”, – deyə Zelenski bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində qeyd edib ki, Ukraynada prezident seçkiləri keçirilməsinin vaxtıdır. Onun fikrincə, Ukrayna xalqının seçim imkanı olmalıdır. Tramp seçkilərdə hazırkı Prezident Zelenskinin qələbə qazanacağını da istisna etməyib.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button