Selçuk Bayraktar Xocalı soyqırımı barədə: Unutmadıq, unutmayacağıq

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib.
Polise.az xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib.
“Bəşəriyyətə qarşı cinayətin törədildiyi və dünyanın seyrçi qaldığı Xocalı soyqırımının 32-ci ildönümü, eynilə bu gün olduğu kimi… Unutmadıq, unutmayacağıq. Şəhid qardaşlarımızı rəhmətlə yad edirəm”, – deyə o, paylaşımında vurğulayıb.
Polise.az



