Sentyabrda Azərbaycanda Kiberdiplomatiya konfransı keçiriləcək
Bu ilin sentyabr ayında Azərbaycanda Kiberdiplomatiya konfransı keçiriləcək.
Polise.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
Onun sözlərinə görə, bu konfrans regionda ilk dəfə olaraq Azərbaycanda təşkil olunacaq: “Dünyanın müxtəlif ölkələrindən kiber diplomatlar ölkəmizə toplanacaq. Bu, bizim regional kiberdiplomatiya mərkəzinə çevrilməmizə böyük töhfə verəcək”.
Polise.az