SEPAH-dan açıq təhdid: “İstənilən nöqtəni vuracağıq”

Musavat.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni yayımladığı videoda sərt bəyanatla çıxış edib.
Videomüraciətdə bildirilib ki, qurum “düşmənlərinə Yaxın Şərqin istənilən nöqtəsində zərbə endirmək gücünə malikdir”.
SEPAH-ın bu açıqlaması Yaxın Şərqdə gərginliyin artdığı bir vaxta təsadüf edir. Məlumata görə, İranda yaranmış mövcud vəziyyət fonunda Böyük Britaniya Qətərdə yerləşən hərbi bazadakı şəxsi heyətin bir hissəsini təxliyə etməyə başlayıb.
Britaniya tərəfi evakuasiyanın təhlükəsizlik məqsədi daşıdığını açıqlayıb. Rəsmi mənbələr vəziyyətin diqqətlə izlənildiyini və risklərin artacağı halda əlavə tədbirlərin görülə biləcəyini istisna etməyib.
Polıse.az



