SEPAH-ın “F-16” yalanı ifşa olundu – “Tasnim”-in yaydığı görüntülər öz raketləri çıxdı

İranın dövlət agentliyi “Tasnim” tərəfindən vurulduğu iddia edilən ABŞ-ın “F-16” qırıcısına məxsus görüntülərin əslində İranın özünə məxsus ballistik raket qalıqları olduğu məlum olub.

Polise.az Musavat.com xəbər verir ki, beynəlxalq OSINT (açıq mənbə kəşfiyyatı) analitikləri görüntüləri tədqiq edərək, fotolardakı detalların təyyarə hissələri deyil, “Ghadr” ailəsinə məxsus İran raketinin fraqmentləri olduğunu sübut ediblər.

Tehranın təbliğat maşınını çətin vəziyyətə salan faktlar:

“Ghadr” raketinin stabilizatorları: Analitiklər qeyd edirlər ki, “Tasnim”in nümayiş etdirdiyi qalıqlardakı stabilizatorların forması və mühərrik ucluqları (sopplo) “Ghadr-H” və ya “Ghadr-F” tipli orta mənzilli ballistik raketlərin elementləri ilə tam eynidir. Bu detalların heç biri ABŞ-ın “F-16” və ya “F-15” qırıcılarının dizaynına uyğun gəlmir.

Təbliğat və reallıq: İran mediası bu qalıqları “Tehran səmasıncda daxili HHM sistemləri tərəfindən vurulan Amerika təyyarəsinin sübutu” kimi təqdim etmişdi. Lakin mütəxəssislər hesab edirlər ki, bu hissələr ya hədəfə çatmadan havada partlayan, ya da İsrailin HHM sistemləri tərəfindən zərərsizləşdirilən İran raketinin yerə düşən fraqmentləridir.

Pilot müəmması: Əgər “Tasnim”in göstərdiyi hissələr raketə məxsusdursa, deməli, İranın “ABŞ pilotu əsir götürülüb” və ya “təyyarə dənizə düşüb” kimi iddiaları da ciddi şübhə altına düşür.

Texniki uyğunsuzluq: Qırıcının mühərrik hissələri ilə ballistik raketin yanacaq kamerası arasındakı vizual fərqlər o qədər aydındır ki, hərbi ekspertlər bunu Tehranın daxili auditoriya üçün hazırladığı “uğursuz dezinformasiya” cəhdi adlandırırlar.

Hazırda müstəqil müşahidəçilər vurğulayırlar ki, SEPAH-ın öz raket qalıqlarını “düşmən təyyarəsi” kimi təqdim etməsi, cəbhədəki real itkiləri gizlətmək və əhali arasında döyüş ruhunu süni şəkildə artırmaq məqsədi daşıyır. ABŞ tərəfi isə hələlik heç bir “F-16” qırıcısının itirilməsini təsdiqləməyib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button