“Sepah” kəşfiyyat rəisinin öldüyünü təsdiqləyib – YENİLƏNİB

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi İsrailin hücumu nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə silahlı birləşmənin mətbu orqanı olan “Sepah News” məlumat yayıb.

“Düşmən <…> yaşayış məntəqələrində dinc əhalini hədəfə almış, nəticədə <…> kəşfiyyat komandirlərindən üç nəfər – şəhid Məhəmməd Kazımi, Həsən Mühəqqiq və Möhsün Baqirini öldürərək şəhid etmişdir”, – nekroloqda qeyd olunub.

20:30

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) kəşfiyyat rəisi briqada generalı Məhəmməd Kazımi və müavini Həsən Mühəqqəq İsrailin hücumları nəticəsində dağıntıları altında qalıblar.

“Report” xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

“Sepah”ın kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq İsrailin Tehranda “Sepah”ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində dağıntılar altında qalıblar”, – telekanal nəql edib.

Bildirilib ki, onların sağ olub-olmadığı bəlli deyil.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button