Separatçılar təşviş içərisində: Müharibə başlayırmı?
Kiyev Donbasda hücum əməliyyatları və ya bu regionda kimya sənayesinə təxribat planlaşdırmır.
Bu açıqlama ilə Ukrayna xarici işlər naziri Dmitri Kuleba çıxış edib.
“Biz Ukraynanın iddia edilən hücum əməliyyatları və ya kimyəvi istehsalda təxribat törətməsi ilə bağlı Rusiya təbliğatının məlumatlarını qəti şəkildə təkzib edirik. Ukrayna Donbasda bu cür hərəkətlər həyata keçirmir və planlaşdırmır. Biz sırf diplomatik nizamlanmaya tam sadiqik”, – Kuleba vurğulayıb.
Qeyd edək ki, Donetsk və Luqansk separatçıları əhalinin Rusiyaya təxliyəsinə başlayıb. İddia olunur ki, Ukrayna ordusu hücum əməliyyatları həyata keçirməyi planlaşdırır.



