Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi – Rəsmi açıqlama
“Bugünkü görüşdə ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik”.
Bunu Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç deyib.
“Biz əməkdaşlığımızın mərkəzində olan bütün məsələləri müzakirə etdik”, – deyə serbiyalı nazir bildirib.
O qeyd edib ki, görüşdə bütün münaqişələrin BMT prinsipləri əsasında və sülh yolu ilə həlli vurğulanıb: “Düşünürəm ki, bu ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır”.