Sergey Karaqanov:Postsovet məkanı Rusiyanın təsir zonasıdır

Rusiya öz təsir dairəsini indiyədək dəfələrlə bəyan edib. Lakin məsələ ondadır ki, milli təhlükəsizlik strategiyasında sadəcə postsovet məkanının Rusiya üçün vacib region olduğu yazılıb. Bu isə kifayət deyil.
Musavat.com xəbər verir ki, bunu Putinə yaxınlığı ilə seçilən siyasət üzrə mütəxəssis Sergey Karaqanov bildirib.
O, hesab edir ki, Rusiya postsovet məkanını açıq şəkildə özünün milli təhlükəsizlik strategiyasında təsir zonası kimi elan etməlidir. Onun sözlərinə görə, 2021-ci ildə Qərbə ünvanlanan ultimatumda bu mövqe artıq açıq formada ifadə olunmuşdu.
Karaqanov vurğulayır ki, bu yanaşma fonunda heç bir postsovet ölkəsinin NATO üzvü olması mümkün deyil:
“Bu aksiomadır”.
Polise.az



