Sergey Kurginyan: “Paşiyan məqsədinə nail oldu”
“Paşinyanın ABŞ oliqarxı Sorosun dəstəyi ilə hakimiyyətə gəldiyi artıq heç kəsə sirr deyil”.
“Zamanın Özü” hərəkatının lideri, politoloq Sergey Kurginyan belə deyib. O, daha sonra bildirib: “Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəlməsinin yeganə məqsədi Dağlıq Qarabağı təslim etmək idi. Bunun üçün o, öz adamlarını həm Ermənistanda, həm də Qarabağda bir çox əsas vəzifələrə yerləşdirdi. Təəssüf ki, bütün bunlar son iki ildə Ermənistanın gözü qarşısında baş verdi. Biz də sakitcə izlədik”.