Şevçenko: “ İlham Əliyevin bəyanatı Rusiyanın diplomatiyasının nəfəsini kəsəcək”

Musavat.com xəbər verir ki, rusiyalı tanınmış jurnalist Maksim Şevçenko Mərkəzi Asiyada müşahidə olunan geosiyasi dəyişiklikləri şərh edərkən bildirib ki, bölgə ölkələri 30 ildən sonra ilk dəfə Moskvanın reaksiyasına baxmadan öz müstəqil strateji kursunu formalaşdırmağa başlayıb.
Jurnalistin sözlərinə görə, həmin dönüşün ən mühüm siqnallarından biri Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışıdır. Dövlət başçısı vurğulamışdı:
“Azərbaycan və Mərkəzi Asiya ölkələri – vahid tarixi-mədəni və geosiyasi məkandır… Xəzər bizim birliyimizin rəmzidir”.
Şevçenko hesab edir ki, bu bəyanat regiondakı siyasi balansı dəyişir və Rusiyanın diplomatik dairələrində ciddi narahatlıq yaratmalıdır. Onun fikrincə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Xəzəri artıq “Moskvanın nəzarət zonasından çıxararaq” regional inteqrasiya məkanına çevirməsi Kremlin siyasi nəfəsini “kəsən” əsas amildir.
Jurnalist qeyd edir ki, həm Mərkəzi Asiya ölkələri, həm də Azərbaycan bundan sonra Rusiyaya jest etmədən, tam müstəqil şəkildə öz siyasi və iqtisadi yolunu müəyyənləşdirməyə başlayıb və bu, Moskva üçün strateji dəyişikliklərin başlanğıcıdır.
Polise.az



