Si Cinpin: Çin və ABŞ əsas problemlərin həllində razılıq əldə edib

Çin və ABŞ nümayəndə heyətləri iki ölkə arasında mövcud əsas ticarət-iqtisadi ziddiyyətlərin həlli istiqamətində əsas konsensus əldə ediblər.
Polise.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin Cənubi Koreyanın Pusan şəhərində ABŞ Prezidenti Donald Trampla görüşü zamanı bəyan edib.
“Bizim iki ticarət-iqtisadi qrupumuz əsas narahatlıq doğuran məsələlərin həlli üzrə baza səviyyəsində razılığa gəlib və ümidverici irəliləyiş əldə edib,” – deyə Si Cinpin bildirib.
Polise.az



