Si Cinpin: Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq

Çin və ABŞ arasındakı qarşıdurmanın hamı üçün dözülməz nəticələri olacaq.

Polise.az xəbər verir ki, bunu Kaliforniyada ABŞ Prezidenti Co Baydenlə görüşdə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin deyib.

“Çin və ABŞ arasında münaqişənin və qarşıdurmanın nəticələri hamı üçün dözülməz olacaq”, – deyə Çin Mərkəzi Televiziyası Si Cinpindən sitat gətirib.

“Çin və ABŞ kimi böyük dövlətlər, prinsipcə, qarşılıqlı əlaqəni dayandıra bilməz. Bir-birini dəyişdirməyə çalışmaq qeyri-mümkün olardı”, – deyə Çin lideri vurğulayıb.

Qeyd edək ki, Çin Xalq Respublikasının Sədri ilə Ağ Evin hazırkı rəhbəri arasında danışıqlar Baydenin prezident kimi fəaliyyətə başladığı 2021-ci ilin yanvarından bəri yeddinci təmasdır. Dövlət başçıları ikinci dəfədir ki, təkbətək görüşürlər (birincisi 2022-ci ilin noyabrında İndoneziyanın Bali adasında olub). Si Cinpin altı ildən sonra ilk dəfə ABŞ-a səfər edir və bu səfər zamanı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etməyi planlaşdırır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button