Si Cinpin Cozef Baydenə Tayvan məsələsində qırmızı xətti xatırladıb

Çin Xalq Respublikasının Sədri Si Cinpin ABŞ Prezidenti Co Baydenlə telefon danışığı zamanı Tayvan məsələsinə toxunub, ABŞ-nin “qırmızı xətti keçməməli olduğunu” xatırladıb və Pekinin Tayvandakı separatçı fəaliyyətə, eləcə də kənardan dəstəyə dözməyəcəyini vurğulayıb.

Polise.az  xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Həmçinin qeyd edilir ki, Si Cinpin ABŞ administrasiyasının Çin iqtisadiyyatının, ticarətinin və elminin inkişafını boğmağa yönəlmiş tədbirlərini tənqid edib.

KİV-in məlumatına görə, Çin lideri xüsusilə ABŞ administrasiyasının qabaqcıl texnologiyaların Çinə ötürülməsinə mane olmağa yönəlmiş “sonsuz səylərini” tənqid edib.

“Biz sabitliyə üstünlük verməliyik. Problemlər yaratmamalı, xətləri kəsməməliyik, ABŞ-Çin münasibətlərinin sabitliyini qorumalıyıq”, – Çin televiziyası Si Cinpindən sitat gətirib.

“Associated Press” öz növbəsində qeyd edib ki, bu, liderlərin Kaliforniyada danışıqlar apardığı ötən ilin noyabrından Si Cinpin və Bayden arasında ilk söhbət olub.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button