Şimali Kipr nümayəndəsi: Zəngəzur dəhlizi TDT ilə əməkdaşlığımızı dərinləşdirəcək

“Zəngəzur dəhlizinin yaradacağı yeni imkanlar Şimali Kipr Türk Respublikasının (ŞKTR) Türk Dövlətləri Təşkilatı (TDT) ilə əməkdaşlığını daha da dərinləşdirəcək”.

Teleqraf xəbər verir ki, bu barədə ŞKTR Daxili İşlər Nazirliyinin Aparat rəhbəri Mehmet Ercilasun TDT-na üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən “Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü” adlı paneldə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi türk dünyasında iqtisadi inteqrasiyanı gücləndirən, ortaq gələcəyə yönəlik strateji vizyonu müəyyən edən mühüm layihədir:

“Bu dəhlizin mədəni və sosial sahələrdə açacağı yeni imkanlar ŞKTR QHT-lərinin TDT-yə üzv ölkələrlə əlaqələrinin inkişafına əhəmiyyətli töhfə verəcək. Zəngəzur dəhlizi xalqlarımız və mədəniyyətlərimiz arasında möhkəm bir körpü rolunu oynayacaq”.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button