Şimali Kipr Prezidentindən qalmaqallı açıqlamaya təpki: Artıq mümkün deyil

Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Ərsin Tatar türkləri adadan qovmağa çağıran Cənubi Kiprin baş yepiskopu Georgiosa cavab verib.

Teleqraf-ın xəbərinə görə, o, heç bir çağırış qarşısında güztəşə getməyəcəklərini deyib.

“Dəfələrlə iki regionlu, iki icmalı federasiya modelinin artıq effektli olmadığını bəyan etmişik. Son açıqlamalar da bunu təsdiqlədi. Rum (yunan) administrasiyasının hökmranlıq axtarışları ifşa olunub, Kipr türk xalqı bunu yüksək səslə rədd edir. Bu bəyanatlar təkcə bizi yox, həm də rum xalqının həssas təbəqələrini narahat etməlidir. Artıq heç kim bizdən dövlətimiz, suverenliyimiz və ləyaqətimizdən güzəştə getməyi gözləməməlidir. Ədalətli, real və daimi həll yalnız iki dövlət arasında əməkdaşlığa, suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan modellə mümkündür”, – Tatar vurğulayıb.

Baş yepiskopun Şimali Kipr və Türkiyədə etiraz yaradan qalmaqallı açıqlaması belədir:

“Yunanıstan, Kipr Respublikası və bütün ellinizm türkləri qovmaq və vətəni xilas etmək üçün birlikdə mübarizə aparmalıdır”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button