Şimali Koreya ABŞ-la heç vaxt öz suverenliyini müzakirə etməyəcəyini bildirib
Koreya Xalq Demokratik Respublikası öz suverenliyini müzakirə etmək üçün heç vaxt ABŞ-la danışıqlar masası arxasına əyləşməyəcək və suveren dövlət kimi hüquqlarını fəal şəkildə həyata keçirməyə davam edəcək.
Polise.az TASS agentliyinə istinadla bildirir ki, bunu Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conq deyib.
“Suveren bir dövlətin suverenliyi heç bir halda müzakirə edilə bilməz və bu səbəbdən biz bunu heç vaxt ABŞ-la müzakirə etməyəcəyik”, – deyə Koreya Mərkəzi Xəbər Agentliyi onun fikirlərindən sitat gətirib.
Kim Yo Conq vurğulayıb ki, beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid KXDR-in suveren hüquqlarını həyata keçirməsindən deyil, ABŞ-ın gücündən və hökmranlığından gəlir.
Polise.az