Şimali Makedoniya Prezidenti: “BMT qütbləşmiş qurumdur”

“Azərbaycan və Şimali Makedoniya çox dərin bağlara malikdir”.

Teleqraf xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Şimali Makedoniya Prezidenti forumun əhəmiyyətini qeyd edib: “Son günlər səfər çərçivəsində geniş müzakirələr apardıq. Azərbaycanın qonaqpərvərliyi forumda da aydın görünür. Burada liderlərin bir neçə nəslinin fikirlərini bölüşdüyü platformadır. Son illər bu forum öz əhəmiyyətini daha da artırır. 2025 keçid ilidir, dünya fərqli məkana çevrilib. Qütbləşmə göz qarşısındadır. BMT də artıq qütbləşmiş qurumdur. Onun fəaliyyətində çeviklik çatmır”.

Prezident forum yeni ideyaların məkanı olacağına inandığını da vurğulayıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button