Simonyan ermənilərə ŞAD XƏBƏR çatdırdı: Bakı ilə razılaşdıq, sülh vaxtıdır
Azərbaycan və Ermənistan sülh sazişi üzrə 16 bənd üzrə tam razılığa gəlib.
Musavat.com Publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistan parlamentinin spikeri Alen Simonyan çıxış edib.
Simonyan bildirib ki, sülh prosesi bir neçə ay əvvəl ciddi şəkildə başlayıb.
“Azərbaycan beynəlxalq səviyyədə tanınmış 5 bənd üzrə razılaşmamızı istəyirdi, mən şadam ki, bu gün biz 16 bənd üzrə tam razılığa gəldik. Xanımlar və cənablar, yaxşılar artıq yaxşıların düşməni olmamalıdır. Sülh bərqərar etməyin vaxtı gəldi. Sülh vaxtıdır”, – Simonyan deyib.
Polise.az