Şirvan da narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər şəxs saxlanıldı

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər şəxs saxlanıldı.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə şəhər sakinləri Taleh Osmanlı, Rəsul Hüseynov və Eldar Məmmədov saxlanılıblar.

Onların üzərinə keçirilən baxış zamanı psixotrop maddə – metamfetamin,  heroin və marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button