Şirvan, Hacıqabul və Neftçalada Rayon Polis Şöbələrinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında silsilə görüşlər keçirilib
Şirvan şəhərində, Hacıqabul və Neftçala rayonlarında polis əməkdaşları tərəfindən maarifləndirici tədbirlər davam etdirilir. Həmin Şəhər və Rayon Polis Şöbələrinin təşkilatçılığı ilə bir sıra məktəblərdə “Narkomaniyaya yox deyək” və “Erkən nikah və onun fəsadları” mövzularında silsilə görüşlər keçirilib.
Tədbirlərdə çıxış edən şöbə əməkdaşları şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar veriblər. “Ağ ölümün” insan həyatına və sağlamığına vurduğu zərərlərdən, eləcə də ölkə ərazisində bu maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı aparılan qətiyyətli əməliyyat tədbirlərindən danışıblar.
Görüşlərdə həmçinin erkən nikah mövzularında da çıxışlar edilib. Polis əməkdaşları məktəblilərin yeniyetmə yaşlarında ailə qurmalarının yolverilməz olduğunu, hər bir şagirdin müasir biliklərə yiyələnmiş fərd kimi yetişməsinin önəmindən danışaraq, gənclərə dəyərli məsləhətlər veriblər, təhsillərində uğurlar arzulayıblar.
Görüşlərin sonunda polis əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb.









