Şirvan polisi “Narkomaniya-əsrin bəlası” mövzusunda maarifləndirici tədbir keçirib

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər ərazisində yerləşən Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Narkomaniya-əsrin bəlası” mövzusunda maarifləndirici görüş keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin nümayəndələri, kollecin pedaqoji heyəti və tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən müharibəsində həyatını itirən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən ŞPŞ-nin rəis müavini, polis mayoru Ramil Salayev cəmiyyətin ciddi bəlasına çevrilən, mənəvi və əxlaqi dəyərlərə böyük zərbə vuran narkomanlığın bütün dünya üzrə ən ağrılı problemlərdən olduğunu bildirib, onun yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs sonradan onun asılılığından  qurtula bilmir, öz gələcəyini göz görə-görə məhv edir. Narkotacirlər isə məhz iradəsi zəif olan gənclər vasitəsi ilə öz şəbəkələrini genişləndirərək xüsusən tələbələri bu işə cəlb etməyə, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələr öz ətraflarına hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, polis əməkdaşlarına məlumat verməlidirlər.

Daha sonra çıxış edən digər tədbir iştirakçıları tələbələrə narkotiklərin zərərləri barədə məlumatlar verərək, təhsillərində uğurlar arzulayıblar.

Görüşün sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Hamısını Göstər

Related Articles

Back to top button