Şirvanda “patı” və “şüşə” satan saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəhər sakini, 45 yaşlı Fəxrəddin Mirzəyev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı “patı” və “şüşə” adlanan psixotrop maddə – metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.