Şirvanda yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkar olunub

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerdə aktiv koronavirus xəstəsi aşkar olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, şəhər sakini Vahid Əliyevə koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin olunsa da o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. V.Əliyevin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button