Siyəzəndə fermadan qanunsuz ov silahı aşkarlandı

Siyəzən RPŞ-nin əməkdaşları    qanunsuz ov silahı saxladığına görə Sumqayıt şəhər sakinini saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, polis  əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhər sakini Ənvər İbişovun çoban işlədiyi rayonun Köhnə Quşçu kəndi ərazisindəki fermadan qanunsuz olaraq saxladığı 16 kalibrli “Toz” markalı ov silahı aşkar olunaraq götürülüb. 

Hazırda faktla bağlı RPŞ-də araşdırma davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button