Siyəzəndə narkotik satan şəxslər yaxalandı

Siyəzən  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rüfət Əbdülov və Xəyal Abdullayev saxlanılıblar.  Həmin şəxslərin üzərinə və ikinciyə məxsus avtomobilə  baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button