Siyəzəndə polis əməkdaşları şəhid və qazi ailələrini ziyarət ediblər

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları Vətən müharibəsində şəhid olan  Elnur Qafarovun və Sadiq Məmmədovun ailələrini, eləcə də döyüşlərdə sağlamlığını itirən qazi Cavid Abdinovu ziyarət ediblər.

Polise.az xəbər verir ki, görüşlərdə dövlətimiz tərəfindən şəhid və qazı ailələrinə göstərilən diqqət və qayğıdan danışılıb, Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirələri hər zaman xalqımızın qəlbində yaşayacağı diqqətə çatdırılıb.

Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Hamısını Göstər

Related Articles

Back to top button