Siyəzəndə silsilə əməliyyat: 3 nəfər saxlanıldı

Siyəzən  Rayon Polis Şöbəsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı  əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun polise.az-a bildirdiyinə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində  narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakinləri Mirzəli Paşayev, Elşad İlyaszadə və Tərlan Məmmədov saxlanılıblar.  Həmin şəxslərin  üzərinə və yaşadığı evə baxış keçirilən zaman narkotik vasitə olan heroin,  “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və psixotrop maddə olan metadon aşkar edilərək götürülüb.

 Faktlarla bağlı istintaq aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button