Siyəzəndə yanacaqdaşıyan avtomobil aşıb, partlayış təhlükəsi yaranıb

Siyəzəndə yanacaqdaşıyan avtomobil aşıb, partlayış təhlükəsi yaranıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Qoşqusunda 39 ton yanacağı olan “DAF” markalı yanacaqdaşıyan avtomobilin idarəetməni itirərək aşıb. Nəticədə yanacaq ətrafa dağılıb, yanğın-partlayış təhlükəsi yaranıb.

Hazırda yanğınsöndürənlər mümkün yanğın-partlayış təhlükəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button