Siyəzəndə yaşadıqları ünvanı tərk edən koronavirus xəstələri aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Quba  regional qrupundan polise.az-a verilən məlumata görə, Siyəzən  rayon sakinləri  R.Qədirov və T.Talıbov COVID-19 testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicəyə təyin edilmələrinə baxmayaraq yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Rayon Polis Şöbəsinin əməkdaşları həmin şəxslərlə profilaktik söhbətlər aparıb və yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla bağlı  RPŞ-də araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button