Siyavuş Novruzov koronavirusla bağlı şayiə yayanların cəzalandırılmasını istəyir

Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov karantin rejimini pozanlara qarşı daha sərt cəzaların verilməsini təklif edib. 

Deputat deyib ki, kimlərinsə qanunu pozması nəticəsində insanlar xəstələnirsə, bu cür insanlara qarşı cərimələr daha da sərtləşdirilməlidir. 

Millət vəkili hesab edir ki, koronavirusla əlaqədar şayiə yayanlar barədə də ölçü götürülməlidir. 

“Bəziləri sosial şəbəkələrdə yazır ki, pandemiya yoxdur. Belə insanlar barədə də cəza tədbirləri tətbiq edilməlidir”, – deyə S.Novruzov əlavə edib. 

Mənbə
oxu.az
Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button