Slovakiya Ukraynaya özüyeriyən haubitsalar verir

Slovakiya Ukraynaya yerli istehsal olan “Zuzana” özüyeriyən haubitsaların bağışlanması ilə bağlı danışıqlar aparır.

Bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nadya məlumat verib.

O əlavə edib ki, rəsmi Bratislava Kiyevi Slovakiya Hərbi Hava Qüvvələrində xidmətdə olan “MiQ-29” qırıcıları ilə təchiz etmək imkanları da nəzərdən keçirilir.

Qeyd edək ki, Slovakiya bir neçə gün əvvəl Ukraynaya “S-300” zenit-raket komplekslərini də yollayıb.

Hamısını Göstər

Related Articles

Back to top button