Slovakiyalı spiker: Azərbaycanla əməkdaşlığı gücləndirmək istəyirik

“Slovakiya adından burada olmaq və Slovakiya ilə Azərbaycan arasında keçid və əməkdaşlıq istiqamətində öhdəlik götürmək imkanına malik olduğum üçün çox şadam”.

Polise.az Teleqraf -a istinadən xəbər verir ki, bu barədə Slovakiya Milli Şurasının sədri Rixard Raşi bu gün azərbaycanlı həmkarı Sahibə Qafarova ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

R.Raşi ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini və yüksək səviyyəli səfərlərin buna təkan verdiyini qeyd edib:

“Bu müsbət dinamika yüksək səviyyəli əlaqələrimizin intensivləşməsində də öz əksini tapır. Keçən ilin dekabrında Prezident İlham Əliyevi Slovakiyada ilk rəsmi səfəri çərçivəsində qəbul etmək şərəfinə nail olduq. Bu gün də cənab İlham Əliyevlə görüşmək imkanım olduğu üçün çox məmnunam”.

Səfərin əsas məqsədinə toxunan spiker parlamentlərarası əlaqələrin yeni müstəviyə daşınacağını bildirib:

“Bugünkü səfərin əsas məqsədi münasibətlərimizin parlament ölçüsünü gücləndirməkdir. Xanım sədr və mən razılaşdıq ki, bu istiqamət qanunverici orqanlarımız arasında bütün əməkdaşlıq səviyyələrində daha da gücləndirilməlidir”.

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button