Şmıqal: “ABŞ Ukraynaya 3,9 milyard ABŞ dolları məbləğində qrant ayırıb”

Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dan 3,9 milyard ABŞ dolları məbləğində qrant alıb.

“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal sosial şəbəkəsindəki hesabında yazıb.

“Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin maaşları, sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə kömək edəcək”, – o qeyd edib.

Şmıqalın sözlərinə görə, bu, 2024-cü ildə ABŞ-nin birbaşa büdcə dəstəyinin ilk tranşıdır. Ümumilikdə Ukrayna bu il ABŞ-dən 7,8 milyard ABŞ dolları büdcə yardımı alacaq.

D. Şmıqal bildirib ki, bu, Ukraynaya cari maliyyə dövrünü inamla keçməyə imkan verəcək.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button